Fransanın yeni daxili işlər naziri dəfələrcə Ermənistana və Qarabağa səfər edib

Fransadakı Erməni Milli Komisiyasının (Hay Dat) bürosu daxili işlər naziri olaraq Milli Məclisinin sosyalist qrupunun sədri Brunu Lı Ruin təyin edilməsini alqışlayır. Hay Datın Fransa bürosunun sədri Mardirosyanın Armenpress-a verdiyi məlümatda vurğulanır ki, lı Ru uzun illərdir sadiq şəkildə ermənilərin problemləri haqqında səsləndirir.
“Birgə dəfərlərcə Ermənistana və Artsaxa səfər edərək Ermənistan – Fransa münasibətlərinin möhkəmlənmasi məsələsində qətiyyətimizi təsdiq etdik. 2014-cü ildə Jan Joresin ölümünün 100-cü ildönümündə xətirəsini ehtiramla yad etdiyimizdə, eyni zamanda Kilikio Evinin 1-ci Aram Katolikosun iştirakıyla 2015-ci ildə Fransa parlamentində Erməni Soyqırımının təzminatları ilə bağlı müzakirələr keçirdiyimizdə o həmişə yanımızda olub”,-deyə Erməni Milli Komisiyasninı Fransa bürosunun (Hay Dat ) sədri Harut Mardirosyan qeyd edib. O xatırlatıb ki, Fransa parlamentində Erməni Soyqırımını tənqid edən , bunun inkar edilməsini cəzalandıran qanun-lahiyələri Brunu Lı Ruin bilavasitə dəstəyilə müzakirə edilərək qəbul edilib.
Brunu lı Ru Fransanın baş naziri Manuel Valsın istefasından sonra daxili işlər naziri Bernar Kaznyofun hökümət rəhbəri olaraq təyin edilməsindən sonra Fransa daxili işlər naziri təyin edilib.