Siyasət
Vigen Sarkisyan və Polşanın Ermənistandakı səfiri hərbi əməkdaşlıq ilə bağlı məsələlər müzakirə ediblər

Dekabrın 6-da ER-nın müdafiə naziri Vigen Sarkisyan Em’nistanda Polşanın Fövqəladə və Səlahiyyətli Səfiri Eji Marek Novakovskini qəbul edib. Bu haqda ER MN-nin mətbuat xidmətindən bildirirlər.
Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlıq ilə bağlı məsələlər müzakirə edilib. ER-nın müdafiə naziri İraqda koalisiya əməliyyatlarında erməni və polşalı hərbçilərinin birgə təcrübəsini, eyni zamanda hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət verib.
Səfir Novakovski öz növbəsində müdafiə sahəsində Ermənistan- Polşa əməkdaşlığını yüksək qiymətləndirərək əməkdaşlığın fəallaşdırılması üçün Polşa tərəfinin hazır olduğunu bəyan edib.