Əgər Azərbaycan gürcü boru xəttinin 25 faizinə sahib olsa biz öz arqumentlərimizi bilirik: Karen Karapetyan

Parlamentdə deputatlaın suallarına cavab verərkən Ermənistan Respublikaçı Partiyasının deputatı Şirak Torosyan ER-nın baş naziri Karen Karapetyana sual verib ki , hökümət Azərbaycanın SOCAR şirkətinin Gürcistanın Neft və Qaz Korporasiyası dövlət şirkətinin səhmlərinin 25 faizini almağa hazır olduğuna necə davranır.
Deputat narahatlıq bildirib ki, beununla Azərbaycan regionu mühasirəyə almağa cəhd edir.
“Proses ən arzuolunmaz yoluyla getsə və yaxın günlərdə qaz boru xətti hərraca çıxarılsa hökümətimizin mövqeyi nə olacaq?”,-deyə o sual verib.
Baş nazir Karen Karapetyan qeyd edib ki, əvvəlcə o əmin deyil ki, bu yaxın zamanlarda həyata keçiriləcək və əlavə edib ki , tranziti təmin edən boru xəttinin 25 faiziniə Azərbaycan tərəfinin sahib olmasında narahatlıq doğumaq ehtimalı azdır.
Deputat, həmçinin maraqlandı ki, Gürcistan boru xəttini tamamilə satmağa qərar versə hökümət nə cür adımlar atacaq.
“Bu halda biz qonşu ölkəmizə qarşı tədbiq edəbiləcəyimiz arqumentləri yaxşı bilirik. 25 faizinin satılması halda narahatlığımızın bilsirilməsi yanlış olar, çünki bu özlərin mülkiyyətidir və onlar bunun 25 faizni satırlar, amma əks gedişatlar baş versə biz arqumentlərimizi bilsirəcəyik “,-deyə o qeyd edib.