“Əliyev Azərbaycanın prezident vəzifəsində olduğu müddətdə orada yaşamamız mümkün deyil”
Kenan və Səadət azərbaycanlı ər-arvaddırlar. Onlar iki balaca uşaqı ilə cari ilin aprel ayında ölkədən İspaniyaya qaçmağa məcbur qalıblar. Kenan iqtisadçı, Səad isə həkimdir və onlar müxalifətiçi idilər. Bu haqda “Euskal Irrati Telebista” televiziyasının reportajında deyilirdi.
Qeyd olunur ki, TV müxbiri Natalya Dias cütdən müsahibə alıb və onlar öz vətənindəki vəziyyətindən və İspaniyadakı həyatindən anlatdırlar.
Kişinin sözlərinə görə, onlar bir neçə ay əvvəl Azərbaycandan dokumentsiz qaçmağa məcbur qalıblar, çünki hakimiyyət tərəfindən təqib olunurlardı. Cüt Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü idi.
“Azərbaycan prezident-diktator tərəfindən idarəedilən bir ölkədir, xalqı isə, öz problemlərindən açıq danışa bilmir. Azərbaycanlılar hakimiyyəti tənqid edirlərsə həbs olunurlar. Partiyamız artıq 23 ildir ki, bu hakimiyyətin qarşısını almaq istəyir, lakin hələ bir nəticə yoxdur”,-deyə o qeyd etdi.
Avradı isə vurğulayıb ki, Azərbaycanda demokratiya yoxdur və insanlar hətta Facebook-da tənqidi bir şey yaza bilmirlər. O qeyd etdi ki, bir gün polislər öz evində onları döydülər. Vəziyyət o qədər pisləşib ki, onlar artıq ölkədə yaşaya bilmirlərdi, çünki uşaqları məktəbə belə gedə bilmirlərdi.
Xatırlataq ki, daha əvvəl KİV-lər yazırlardı ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə ilk öncə siyasi sığınacaq istəyirlər. Azərbaycanı tərk edənlərin əksəriyyəti müxalifət partiyalarının üzvləridirlər.
Qeyd olunur ki, Azərbaycanda vətəndaş cəmiyyət liderlərinin həbs dalğasından sonra bir çox müxaliflər ölkəni tərk edərək Avropa və ABŞ-ya qaçırlar. Fransada yaşayan siyasi mühacir Natiq Ədilovun sözlərinə görə, Azərbaycan hakimiyyəti qaçmış vətəndaşlarını da təqib edir.