BaşlıcaSiyasət

Ermənistan Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi istiqamətində öhdəliklərini icra etməkdə davam edəcək

Xarici işlər naziri Edvard Nalbandyan dekabrın 7-də Brüsseldə NATO mənzil-qərargahında Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinin ” Qətiyyətli dəstək” missiyasında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Görüşdə NATO-nun üzvü olan və missiyasında iştirak edən 40-dan çox ölkənin xarici işlər nazirləri iştirak ediblər.

ER XİN-nin mətbuat xidmətinin məlümatına görə nazir Nalbandyan yeniden təsdiq edib ki,  Ermənistan Əfqanıstanda təhlükəsizliyin və milli  həmrəyliyin yenidən təmin edilməsi istiqamətində birgə səylərə  dəstək vərməkdə davam edəcək.

“Hərbçilərimizn Əfqanıstanda olması, həmçinin hazırda burada olduğumuz Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə bizim davamlı sədaqətimizin ən yaxşı sübutudur. Təhlükəsizlik ilə bağlı olaylar  Əfqanıstanın üzləşdiyi çağırışlara diqqətimizi çəkməkdə davam edir. Taliban   əməliyyatı, Əfqanıstanda DAİŞ-in və başqa terror qrublaşmalarının fəaliyəti barədə məlumatlar  narahatlıq doğurur. Bu, bizi xatıladır ki , dünyanın bir hissəsində təhlükəsizlik ilə bağlı problemlər həll edilmirsə hər kəsi hədələməyə başlayır.

Məhz bu ideyologiyayla Ermənistan beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində iştirak öhdəliyini boynuna götürüb”,-deyə Ermənistan xarici işlər naziri bəyan edib.

 

Daha çox göstər
Back to top button