Ekonomika
SOCAR-ın büdcəyə ödənişi azalır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin noyabrında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödəyib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 17 milyon 406 min manat və ya 13,03 faiz azdır.
SOCAR-dan verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında büdcəyə ümumilikdə 1 milyard 266 milyon 365 min manat vəsait köçürülüb. Bu da 2015-ci ilin 11 ayı ilə müqayisədə 138 milyon 510 min manat və ya 9,86 faiz azdır.