Zaxarova: “Biz Məmmədyarov-Nalbandyan görüşünün səmərli olacağı üçün əlimizdən gələni edəcəyik”

Hazırda ekspertlər bu məsələylə məşğuldur
“RF Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə əhəmiyyət verir mi?” sualını RF XİN-nin rəsmi nüməyandəsi Maria Zaxarova belə cavab verib:
“Biz heç vaxt bu cür görüşlərdən imtina etmirik, məsələ bununla bağlı razılığın əldə edilməsidi. Bu olsa biz, əlbəttə, görüşdə iştirak edərək bunun səmərli və konstruktiv olması üçün hər şey edəcəyik”
O qeyd edib ki, tərəflərindən hər birinin öz gündəmi var və görüşdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən bütün ölkələrinin xarici işlər nazirləri iştirak etməlidir.
Fransanın Hamburqda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşünün təşkil edilməsi təklifinə toxunaraq Zaxarova deyib ki, bu görüşün ehtimalı ilə bağlı müzakirə keçirilib.
“Razılıq olsa biz bunun haqqında xəbər verəcəyik. Təkrar deyirəm ki, hələlik belə bir görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur. “,-deyə o bəyan edib.