Siyasət

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu ilə həlli mümkün deyil: Sebastian Kurts

“Dağlıq Qarabağda hərbi toqquşmalar da daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb”.

Bu haqda   Avstriya xarici işlər naziri Sebastian Kurts Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.

O bildirib ki, münaqişələri hərbi yolu ilə həll etmək mümkün deyil: “Dialoqun aparılmasında ATƏT çox vacib rol oynayır”.

Xatırladaq ki, gələn ildən ATƏT-ə Avstriya sədrlik edəcək.

Daha çox göstər
Back to top button