Siyasət

Sergey Lavrov: “Əldə olunmuş razılaşmalara sadiqlik Qarabağ münaqişəsinin həlli üçün əsas açardır”

Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas açardır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.

“Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin həlli üçün əsas açardır”- deyə S. Lavrov qeyd etdi.

Onun sözlərinə görə, münaqişələrin nizamlanması müəyyən olunmuş formatlar çərçivəsində bütün tərəflərin iştirakı və onların maraqlarının balansı əsasında həyata keçirilməlidir

Daha çox göstər
Back to top button