Azərbaycanda son 3 ayda çoxlu cəbhəçi həbs olunub

AXCP üzvlərinə qarşı Milli Şuranın 17 sentyabr mitinqindən əvvəl başlanan repressiyalar bu gün də davam edir. Sentyabr ayı ərzində repressiyalara məruz qalmış, qanunsuz olaraq polis idarələrində saxlanmış, inzibati həbs cəzası verilmiş və 174 nəfəri AXCP üzvü olmaqla cəmi 189 nəfərin siyahısı ictimaiyyətə təqdim olunmuşdu. Oktyabr, noyabr aylarında 61 nəfəri AXCP üzvü və 2 nəfəri AXCP fəalının qohumu olmaqla 63 nəfər polis idarələrinə çağırılıb, inzibati həbs verilib, cərimə olunub, işdən çıxarılıb, siyasi fəaliyyətinə görə hədə-qorxu gəlinib. Həmin 63 nəfərdən 9 nəfərinə inzibati həbs verilib, 4 nəfəri cərimə olunub, 5 nəfəri işdən çıxarılıb, hətta işdən çıxarılan 2 nəfərə sutkalıq həbs də verilib. Təkcə 2016-cı ilin sentyab-noyabr aylarında inzibati həbs verilmiş AXCP üzvlərinin sayı 19 nəfərdir.
Beləliklə, Milli Şuranın 11 və 17 sentyabr mitinqlərindən əvvəl başlanan və bu gün də davam edən repressiyalara məruz qalan və əksəriyyəti (235 nəfəri) AXCP üzvü olan 248 nəfərlik siyahını təqdim edirik.