Bako Sahakyan DQR Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə Artsax xalqını təbrik edib

Prezident Bako Sahakyan dekabrın 10-da DQR Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə Artsax xalqını təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli artsaxlılar!
Sizi Respublika hakimiyyətinin və öz adımdan xalqımız üçün əhəmiyyətli və yaddaqalan bu bayramı, DQR Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə ürəkdən təbrik edirəm.
1991-ci ildə biz babalarımızın arzularını və istəkləri həyata keçirərək müstəqillik əlan etdik və demokratik dövlət qurduq. Bu yolda itkilərimiz olub, bir sıra çətinlikləri aradan qaldırdıq və xalqımızın sarsılmaz iradəsi və ruhunun sayəsində torpağımıza, parlaq gələcəyimizə sahib çıxaraq birlikdə əhəmiyyətli qələbələr bacardıq. Biz başqa yolu bilmirik.
2006-cı ildə milli referendumla ölkəmizin ilk Konstitusiyası qəbul edilib. Bu, azad, müstəqil, güclü dövlət qurmasında ifadımiz oldu və demokratiya prinsiplərinə və ümumi dəyərlərinə sadıq olduğumuzu bir daha da göstərdi. Artsaxın yeni tarixində ana qanunun rolu qiymətsizdir.
Əziz həmvətənlər,
Sizi dövlətin bu çox əhəmiyyətli bayramı münasibətilə bir daha da təbrik edirəm və ailələrinizə, Artsax Respublikasına sülh və firavanlıq arzulayıram”.