BaşlıcaSiyasət

Serj Sarkisyan Artsaxda Müdafiə Ordusunun bir neçə hərbi hissələrinə getdi

Dağlıq Qarabağ Respublikasına edilən səfərin ikinci günündə ER Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Serj Sarkisyan iki erməni dövlətin silahlı qüvvələri arasındakı əməkdaşlıq çərçivəsində DQR Prezidenti Bako Sahakyan, ER və DQR Müdafiə nazirləri və yüksək səviyyəli komanda heyətinin nümayəndələrinin müşayiəti ilə Artsaxın cənub və cənub-şərqindəki bir sıra hərbi hissələrinə getdi.

ss1

ER Prezident administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatlara görə, Prezidentlər müdafiə mövqelərindən birində komandirin mərüzasını dinlədilər və müdafiə sistemini gücləndirmə istiqamətində edilmiş işləriilə tanış olublar. Hərbi hazırlıq ilə bağlı məsələlər də müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Ermənistan Respublikasının Prezidenti  hərbi hissəsinin yaxşı zabitləri və hərbçilərini vicdanlı və əla xidmətə görə mükafatlandırdı. Vətənin sərhədlərini müdafiə edərkən göstərilmiş igidlik, cəsarət və fədakarlıq üçün N sayılı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Aram Hayryan 2-ci dərəcəli “Döyüş Xaçı” medalı ilə mükafatlandırıldı.

Prezident Sarkisyan zabitlər üçün tikilmiş binanın açılışında da iştirak edib və zabitlərin yaşayış şəraitləri ilə tanış olub. ER Prezidenti hərbi xidəmətdə fərqlənən hərbçilərə hədiyələr verib.

ss4

ss5

ss3

Daha çox göstər
Back to top button