Siyasət

Azərbaycan ombudsmanı öz səhvini qəbul edib. BQXK Əsgərov və Quliyev haqda açıqlama yaymadı

Azərbaycan ombudsmanı Elmira Süleymanova öz səhvini qəbul edib və bildirib ki, BQXK Dilham Əsgərov və Şahbaz Quliyev haqda bir açıqlama yaymadı.

APA-nın verdiyi məlumata görə, ombudsman administrasiyasından bildiriblər ki, BQXK həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirmədi.

Dekabrın 9-da Azərbaycan ombudsmanı qalmaqallı bəyan edərək  BQXK sədrinə Dilham Əsgərov və Şahbaz Quliyev ilə bağlı qeyri-korektiv bəyanat ait etdi. “Bizə demişlər ki, Dilham Əsgərov və Şahbaz Quliyevin cəzası beynəlxalq hüquq normalarına uyğun deyil”,-deyə ombudsman bildirib.

BQXK buna cavab olaraq açıqlama yayıb və Süleymanovanın bəyanatını təkzib edib.

Azərbaycan ombudsmanı bir az düşündükdən sonra bunu təsdiqlənməyə məcbur qalıb. “BQXK heç bir halda həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirməyib”.

Xatırlataq ki, Azərbaycan vətəndaşları 1968-ci il təvəllüdlü Dilham Əsgərov, 1960-cı il təvəllüdlü Şahbaz Quliyev və öldürülmüş üçüncü diversantı Həsən Həsənov 2014-cü il iyunun 29-da qanunsuz şəkildə DQR dövlət səehədini keçərək kəşfiyyat məqsədilə Şahumyan rayonuna getmişlərdi.

Bu şəxslər xüsusi tapşırıqla məlumatlar toplayaraq casusluq etmişlərdi. Bundan başqa, onlar iyunun 4-də yetkinlik yaşına çatmayan DQR vətəndaşı Smbat Tsakanyanı qaçırmışdılar. Tsakanyanın cəsədi iyulun 15-də Karvaçar və Manaşid rayonları arasında olan meşədə tapılmışdı.

Bundan başqa, Həsənov iyulun11-də axşam Vardeniş-Karvaçar yolunda 32-ci km-də irqi nifrətçilik zəmində Yerevan sakini 1971-ci il təvəllüdlü Sargis Abrahamyanı öldürmüşdü. Dzorağbyur kənd sakini Karine Davtyanı isə, güllə yarası yetirmişdi.

Qeyd edək ki, Dilham Əsgərov DQR birinci istansiya məhkəməsinin qərarı ilə ömürlük, Quliyev isə 22 il həbs cəzasına məhkum olunub.

Daha çox göstər
Back to top button