Kurts Aİ-Türkiüyə danışıqların davam etdirilməsi halda veto tədbiq etməyə hazırdır

Avstriya xarici işlər naziri Sebastian Kurts yenə Türkiyənin Avropa İttifaqına daxil olması çərçivəsində danışıqların durdurmasının zərurət olduğunu bildirib.
Bu haqda Almaniyanın “Deutsche Welle” qəzeti yazıb.
Avstriyanın APA agentliyinə müsahibədə Kurts deyib ki, Aİ XİN iclasında Türkiyə ilə danışıqların davam etmə qərarı qəbul olunsa, o veto hüququndan istifadə edə bilər. “Biz üzvlüyə dair danışıqların davam etdirilməsi barədə layihəni təsdiq etməyəcəyik, çünki düşünürəm ki, bu qərarın mətnı Türkiyədə baş verən hadisələri düzgün əks etmir. Türkiyə hüquqi dövlət, demokratiya və insan haqqları baxımından mənfi artım qeyd etdi”,-deyə o bildirib. Kurts Aİ xarici işlər nazirlərinin iclasında qəbul olunmuş qərara danışıqların dondurması haqda tələbi daxil etməsini zəruri hesab edir.
Aİ xarici işlər nazirləri dekabrın 12-də Brüsseldə görüşəcəklər. Görüş zamanı müzakirə edilən mövzulardan biri Türkiyənin üzvlüyü ətrafında danışıqların davam etmə məsələsidir.