Siyasət

Qırmızı Xaç Komitəsi Azərbaycan Ombudsmanının bəyənatı təkzib etdi

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan ombudsmanı Elmira Süleymanovanın mətbuata açıqlamasına münasibət bildirib.

“BQXK heç bir halda həbsin səbəbləri və saxlanmanın və məhkumluğun hüquqi aspektləri barədə fikir bildirmir”.

“BQXK saxlanan şəxslərin sərbəst buraxılmasını da  təbliğ etmir.Biz xüsusilə də, saxlanılan şəxslərlə onların ailələri arasında əlaqələri bərpa etməklə, həmçinin ailələrinin əziyyətlərini azaltmağa çalışırıq.

Cenevrə konvensiyaları tərəflərin silahlı münaqişə zamanı öhdəliklərini müəyyənləşdirən – qüvvədə olan və ən geniş şəkildə qəbul edilmiş – beynəlxalq müqavilələrdir. Onlar həmçinin BQXK-nın fəaliyyəti zamanı əsaslandığı sənədlərdir. Bu konvensiyalar müdafiə altında olan insanları məhkəmə prosesindən azad etmir. Cenevrə Konvensiyaları hüquqi təminatlara hörmət tələb edir”- deyə BQXK-nin DQR-dakı ofisinin işçisi Eteri Musayelyan bildirib.

Daha çox göstər
Back to top button