İctimaiyyət

Serj Tankyan Azərbaycanda Heydər Əliyevin abidəsinə şüar yazdığı üçün həbs edilimiş gənc fəallara dəstəkləyən çağrı elədi

Amerikalı məşhur  “System of a Down”  rok qrupunun üzvü Amerikada yaşayan erməni Serj Tankyan Twitter hesabından Azərbaycanda həbs edilmiş gənclərə dəstəkləməyə çağırdı.

Serj Tankyan “Amnesty International”  beynəlxalq hüquq-müdafiə təşkilatının dekabrın 10-da qeyd edilən insan hüquqları gününə həsr olunmuş “Hüquqlar üçün yaz” (Write for Rights) hər illik aksiyada iştirak edərək Azərbaycanda Heydər Əliyevin əbidəsinə şüar yazdıqları  üçün həbs edilmiş gənclər Qiyas İbrahimovun və Bayram Məmmədovun azad edilməsini tələb etdi.

“Bəli bu vandalizmdir, amma punk rok mu? Əlbəttə belədir,amma 12 illik həbs mi? Amnesty International-ın “Hüquqlar üçün yaz” aksiyası gedişatdadır. Lütfən dəstəkləyin”: Serj Tankyan Twitter hesabında yazdı.

Təşkilatın saytının bildirdiyinə görə, Bayram Məmmədov və Qiyas İbrahimov dövləti ictimai şəkildə tənqid etmişdilər. “Onlar Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsində onun doğum günündən əvvəl şüar yazıblar. Sonrakı gün, 2016 mayıs 10 tarixində, onlar  narkotiklə bağlı qondarma ittihamla həbs ediliblər. Onlara məhkəmə tərəfindən 12 il həbs kəsilib”.

 

 

Daha çox göstər
Back to top button