İctimaiyyət

Yerevanda “Empowering Ideas” beynəlxalq texno-forumu başlayıb

Ermənistan kiçik ölkə olaraq həmişə öz intelevktual kapitalı və təhsilli cəmiyyəti üzrə əsaslanıdı. Bu haqda ABŞ-nın Ermənistandakı  səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Jaklin Diley Yerevanda “Empowering Ideas” beynəlxalq texno-forumunun açılışında bildirib.

“İT sektoru Ermənistan üçün çox önəmlidir. Kiçik bir ölkə olaraq Ermənistan həmişə də öz intelevktual kapitalı və təhsilli cəmiyyəti üzrə əsaslanıdı, indi isə, texnologiyaların inkişafı ilə iqtisadi inkişafı təşviq etməyə çalışır”.

“Empowering Ideas” beynəlxalq tekno-formunu Digital Communication Network beynəlxalq şəbəkəsi təşkil edib. Forum ərzində İsrail, ABŞ, Hollandiya, Polşa, Moldova və Gürcüstanın İT mütəxəssisləri çıxış ediblər. Qlobal uğur hekayələri və kreativ iqtisadiyyatın inkişafı üçün texnologiyaların əhəmiyyəti təqdim edilib.  Ağıllı şəhər modeli, inkubasiya təşkilatların uğur sirləri, startup millət olma yolları müzakirə edilib.

ABŞ hökuməti tərəfindən dəstəklənilən mübadilə proqramı çərçivəsində təxminən bir il əvvəl qurulmuş Digital Communication Network təşkilatı Şərqi Avropa və Mərkəzi Asiyadan 24 nümayəndə toplanıb. Onların məqsədi digital texnologiyaların elektron idarəetmə, özəl sektor, QHT-lər, sosial hərəkatlar və KİV-lərin işlərini necə təsirlənməsinin araşdırmasıdır.

Forum ABŞ Ermənistandakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Daha çox göstər
Back to top button