Beynəlxalq

Amerikalı təhlilçi “Dünyə yaxın gələcəkdə Türkiyənin bölünməsinə şahid ola biləcək “

“American Enterprise Institute”-nin təhlilçisi Maykıl Rubin yenidən Türkiyədə baş verən olaylara toxunaraq bu dəfə də bəyan edib ki, dünyə yaxın gələcəkdə Türkiyənin bölünməsinə şahid ola bilər.

Rubin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı  qürurlu və korrupsiya içində daxil olunmuş lider adlandırıb. Onun sözlərinə görə, Erdoğan tarixdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün yerini tutmaq istəyir, amma bunu bacara bilməz.

Türkiyə parçalanmış haldadır. Yaxın zamanlarda Türkiyənin sərhədləri dəyişiləcək. Amma hələ məlüm deyil ki, bunun bölünməsi nəticəsində iki ayrı dövlət yaranacaq, yoxsa Türkiyədə federativ bölmələri yaradılacaq. Bəlkə Erdoğan özünü böyük lider və yeni Atatürk sayır, amma Atatürk müasir Türkiyəni qururdu Erdoğan isə bunu məhv edir. Erdoğan tarixdə qəhərman yox, qürurluğuyla ölkəni məhv etmiş korrupsiyada daxil olunmuş  bir insan olaraq yadda qalacaq”,-deyə Michael Rubin yazır.

Daha çox göstər
Back to top button