ER və Belçika XİN-ləri siyasi məsləhətləşmələr keçirib

Dekabrın 12-də ER Xarici işlər nazirliyində Ermənistan və Belçika xarici işlər nazirlikləri siyasi məsləhətləşmələr aparıblar. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyət ilə əlaqədər şöbəsindən məlumat verib. Məsləhətləşmələr erməni tərəfindən XİN-nın Avropa şöbəsinin sədri Gagik Ğalaçyan, Belçika tərəfindən isə XİN-nin Şərqi və Cənub-Şərqi Avropa departamentinin sədri Johan İndekyonın başçılığı ilə keçirilib. Ermənistan və Belçika diplomatları ikitərəfli əlaqələr ilə bağlı məsələlər, eləcə də parlamentlərarası ələqələrin inkişafı ilə bağlı məsələlər müzakirə edərək, İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı məsələlərə də toxunublar. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığı da müzakirə edib. Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Şavarş Kocaryan Belçika nümayəndə heyətini qəbul etdi. Görüşdə regional məsələrə də toxunulub. Xarici işlər nazirinin məavini aprel hadisələrinin nəticələrini təqdim edərək, DQ münaqişəsinin nizamlanmasına dair danışıqlardə son inkişaflar ıbarədə həmsöhbətini məlumatlandırıb.