Ermənistan-Rusiya dövlətlərarası əlaqələrində mədəni komponentə böyük əhəmiyyət verilir: Serj Sarkisyan

Prezident Serj Sarkisyan bu gün Yerevan Bələdiyyə Başçısının dəvətilə Ermənistana gələn Rusiya Dövlət Ermitaj Muzeyinin baş direktoru Mixayil Petrovkini qəbul edib.
Bu haqda ER Prezidenti administrasiyasından məlumat veriblər.
Mixayil Petrovski Yerevanda tanınmış arxeoloq, tarixçi Boris Petrovskinin övladıdır.
Prezident qeyd etdi ki, Ermənistanda dünyada əhəmiyyətli mədəni xəzinəsi olan Ermitaja Ermənistanla yaxından bağlı birinin rəhbərliyi ilə fəxr edirlər. Prezident mədəni sahəsində əməkdaşlığın inkişafı üçün Dövlət Ermitaj Muzeyinin rəhbərliyinin sərhlərini yüksək qiymətləndirdi. Bu səhlərdən biri ilə bu gün ER Mədəniyyət Nazirliyi ilə imza olunacaq əməkdaşlıq sazişidir. Sazişə görə Qırmızı təpədə arxeoloji materialların tədqiqi, muzey eksponatları və arxeoloji tapıntıların araşdırılması keçiriləcək. Bundan başqa, Boris petrovski tərəfindən tapılmış materialların, professional və elmi ədəbiyyat ilə bağlı mübadiləsi aparılacaq.
ER Prezidenti vurğulayıb ki, Ermənistan-Rusiya arasındakı strateji münasibətlərində mədəni kontekstinə böyük əhəmiyyət verilir və belə təşəbbüslərilə bu əməkdaşlıq daha da güclənir.
Mixayil Petrovski Yerevana dəvəti, qonaqpərvərlik və atasının Boris Petrovskinin xatirəsinə həsr edilmiş abidəsi üçün təşəkkür etdi.
Ermitajın direktoru Dövlət başçısına ER Mədəniyyət naziri ilə əməkdaşlıq layohəsi çərçivəsində nəzərdə olan bir çox tədbirlər, o cümlədən Yerevanda Ermitaj günlərinin keçirilməsi haqda məlumatlar verib.