Jurnalistlər Avropa məhkəməsinə müraciət edəcək
Meydan TV ilə əməkdaşlıq etmiş və hazırda ölkədən çıxışına qadağa qoyulan jurnalistlər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər, jurnalistlər deyib.
BBC Azərbaycancaya danışan jurnalistlər ölkədən çıxışlarına olan qadağanın nə zaman aradan götürüləcəyi ilə bağlı Respublika Prokurorluğunun tam məlumat verməməsindən şikayətçidir.
Jurnalist Aynur Elgünəş deyir ki, ölkədən çıxışa qoyulmuş qadağanın nə zaman bitəcəyi ilə bağlı Baş Prokurorluğa ünvanlanan sorğuya “Meydan TV-yə qadırılmış cinayət işi ilə bağlı ölkədən çıxışınıza qadağa qoyulub” cavabı verilir. Jurnalist cinayət işinin hansı mərhələdə olması ilə bağlı heç bir məlumat verilmədiyini də qeyd edir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycanca müxbirinə məsələ ilə bağlı araşdırma apardıqdan sonra şərh verəcəyini desə də, daha sonra telefon zənglərinə cavab verməyib.