Təhlil

Münaqişə danışıqlarında bir irəliləyiş yoxsa, sülhməramlı qüvvələrin rolu mahiyyətsiz olur: Arayik Harutyunyan

Dağlıq Qarabağda ABŞ-da formallaşdırılmış demokratik ənənələra güvənirlər.

Bu haqda “Amerikanın səsi”-nə müsahibədə DQR Baş naziri Arayik Harutyunyan bildirib.

“Biz əminik ki, Amerikada formallaşdırılmış ənənələrlə demokratiya və ya millətlərin öz müqəddəratını təyinetmə hüququna və sülhə daha da üstünlük verilir”.

Vaşinqtonda ABŞ Konqresinin Ermənistan-Amerika dostluq qrupu tərəfindən təşkil edilmiş tədbirdə çıxış edən Harutyunyan vurğulayıb ki, Qarabağ münaqişəsi məsələsində ABŞ həmişə də ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında hərəkət etməyə çalışdı.

“Bizim gözləntilərmiz onların son 20 il ərzində etdiklərinin radikal dəyişiklik olmadan davamıdır”.

Kolorado Universitetinin analitiki Con Ologlin Qarabağ tərəfinin yanaşmalarını şərh edərkən xatırlatdı ki, uzunmüddətli sülhə nail olmaq üçün bu məsələyə ciddiliklə yanaşmaq lazımdır. “Orada yaşayan insanların formallaşdırılmış yanaşmaları vardır və bunlara məhəl qoyması böyük bir səhv olar”.

Virciniya Texniki Universitetinin eksperti Cerard Tolun fikrincə isə, Qarabağ məsələsinin nizamlanması daha geniş kontekstdə müzakirə oluna bilər. “Avropa təhlükəsizlik strukturasının hərtərəfli müzakirə edilməsi lazımdır. Beləliklə, Avropada Krım, Dnestryanı, Güsrcüstan ərazi məsələləri və Dağlıq Qarabağ münaqişəsi nizamlana bilirlər”.

Arayik Harutyunyan qeyd etdi ki, qarşıdakı günlərdə Qarabağla bağlı danışıqlarda ciddi bir bir irəliləyiş gözlənilmir. Beləliklə də, sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün ehtiyac görülmür.

“Danışıqların olmadığ üçün bu faktor da istisna olunur. Bir irəliləyiş olmursa sülhməramlı qüvvələrin rolu mahiyyətsiz olur”.

Keçən həftə Hamburqda ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Qarabağ münaqişəsinin tərəflər rəhbərlərini danışıqlar masasına qaytmağa çağırmışlardı.

Daha çox göstər
Back to top button