Ermənistanın bütün həll olunmamış məsələləri Qarabağdakı vəziyyəti ilə bağlıdır. Armenpressin xəbərinə görə, bu haqda Artsaxda mədəniyyət xadimləri qarşısında çıxışında ER Prezidenti Serj Sarkisyan bəyan edib.
“Biz burada uğursuz olsak Ermənistanda da bütün işlərimiz uğursuz yolla gedəcək”,-deyə Prezident qeyd edib. Buna görə də hər il sonunda Serj Sarkisyan ön cəphəni ziyarət edərək vəziyyəti qiymətləndirir.
ER Prezidentinin Artsaxa getməsi başqa bir məsələ ilə bağlı deyil, çünki hazırda təmas xəttində xüsusi gərgin vəziyyət yoxdur, amma danışıqlar prosesi də yoxdur.
“DQ məsələsi ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olub”,- deyə Serj Sarkisyan vurğuladı.