Siyasət

Türkiyədə deputatlar arasında yumruqlu dava

Türkiyə Böyük Millət Məclisində (TBMM) dekabrın 12-də Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyası (HDP) millət vəkilləri arasında dava olub.

Türkiyənin “Cumhuriyet” qəzetinin verdiyi məlumatlara görə, səhiyyə naziri Rəcəb Akdağ plenar iclasda HDP-li millət vəkillərinin tənqidlərinə eyni sərtliklə cavab verib, nəticədə qarşıdurma yaranıb.

Bir-birini yumruqlayan deputatların arasına CHP-lilər girdikdən sonra davanın daha da böyüməsinin qarşısı alınıb.

Daha çox göstər
Back to top button