Siyasət

Azərbaycan silahlı bölmələri atəşkəsi 60 dəfə pozub

Dekabrın 13-dən 14-nə keçən gecə Qarabağ-Azərbaycan qarşıdurma qoşunlarının təmas xəttinin cənub (Hadrut), şərq (Martuni, Ağdam) və şimal-şərq (Martakert) istiqamətlərində düşmən atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub. Azərbaycan silahlı bölmələri 56-sı SVD və İstiqlal tipli snayper tüfəglərindən olmaqla mövqelərimizə 1900 güllə atıb.

Atıcı silahlardan başqa cəbhə xəttində (Martakert müdafiə xətti) rəqib  60 millimetrlik minaatanlardan da (3 mərmi) mövqelərimizi atəşə tutub.

Düşmənin təxribat xarakterli əməliyyatlarına yol verməyərək atəşkəs rejiminə riayət edilib. Lazımi anda zəruri tədbirlər görülüb.

Hazırda təmas xətti qoşunlarımız tərəfindən tam nəzərət olunur.

 

Daha çox göstər
Back to top button