Siyasət

ER səfiri Litva Seyminin üzvlərinə Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Minsk Qrupu həmsədrlərinin səylərini təqdim etdi

Litvada ER səfiri Tigran Mkrtçyan Litva Seyminin yeni formallaşdırılmış Ermənistan-Litva dostluq qrupunun üzvləri ilə görüşüb. Bu haqda ER Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Səfir Mkrtçyan qrup üzvlərinə Ermənistan xarici siyasətinin prioritetlərini təqdim edib.

Görüşdə Qarabağ münaqişəsinə dair Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə rəhbərlərinin Hamburqdakı bəyanatına, Ermənistan müvqeyinə və vasitəçilərin çağırlarına qarşı çıxan Azərbaycanın qəbuledilməz davranışına və  qeyri-konstruktiv bəyanatlarına da toxunulub.

ER səfiri Qarabağla bağlı danışıqlar prosesini irəli sürmə üçün Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən göstərilmiş səylərini təqdim edib.

Görüşdə iki tərəf də parlamentlərarası dostluq qrupları arasında əlaqələrin gücləndirməsinə əhəmiyyət verib və bu kontekstdə üzvlərin qarşılıqlı səfərlərinin zəruriliyini xüsusilə qeyd edilib. Tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə Ermənistan-Litva ikitərəfli münasibətlərinin inkişaf prespektivlərinə də toxundular.

Daha çox göstər
Back to top button