İdman
Erməni ağır atletləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb
İsrailin Eylat şəhərində keçirilmiş yaşı 20-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında erməni ağır atletlər 2 qızıl, 1gümüş və 1 bürünc medal qazanıblar. 2016-cı ildə Yay Olimpiya oyunlarında gümüş medalçı Simon Martirosyan (105 kiloqramlıq çəki dərəcəsində) və Davit Hovhannisyan (77 kiloqramlıq çəki dərəcəsində) çempionatda qızıl medallar qazanıb.
Çempionatda Sona Poxosyan (75 kiloqramlıq çəki dərəcəsində) gümüş medal qazanıb. Samvel Martirosyan da (94 kq çəki dərəcəsində) bürünc medala layiq görülüb. Ermənistan ağır atletika U-20 komandası Avropa çempionatında baş məşqçi Melik Ğukasyanın başçılığı ilə iştirak ediblərr.