Siyasət

Minsk Qrupunun fransız həmsədri Ermənistanda görüşlər keçirəcək

ATƏT-in Minsk Qrupunun fransız yeni təyin olunmuş həmsədri Stefan Viskonti Ermənistana gelib. “Armenpress”-in verdiyi məlumata görə, yüksək səviyyəli rəsmiləri, o cümlədən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşlər keçiriləcək.

Daha əvvəl həmsədr Azərbaycanda İlham Əliyev, xarici işıər naziri Elmar Məmmədyarov ilə görüşdü.

Fransanın Prezidenti Fransua Oland tərəfindən 2016-cı il oktyabrın 20-də imzalanmış fərman ilə ATƏT-in Minsk Qrupunın yeni həmsədr vəzifəsinə Stefan Viskonti təyin edilib.

Daha çox göstər
Back to top button