Ekonomika

Xarici ticarət dövriyyəsi 17,8% azalıb

Bu ilin 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17806,4 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövründəkindən 17,8% (3 mlrd 872 mln 900 min dollar) azdır.

Turan-ın Dövlətstatkoma istinadən məlumatına görə, hesabat dövürndə ixracat 482 mln 900 min dollar (6,4%) azalaraq 6 mlrd 958 mln dollar olub.

İdxal isə 23,8% və ya 3 mlrd 390 mln dollar azalaraq 10 mlrd 848 mln 400 min dollar təşkil edib.

Bu ilin 10 ayında xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 mlrd 890 mln 400 min dollar olub. 2015-ci ilin eyni dövründə bu göstərici 6 mlrd 797 mln 500 min dollar idi.

 

Daha çox göstər
Back to top button