Ekonomika

“FİNCA Azərbaycan”da rekord zərər

“FİNCA Azərbaycan” Qeyri Bank Kredit Təşkilatı 2016-cı ilin 1-ci yarısını 23 milyon 75 min manat zərər ilə başa vurub.

“Marja” xəbər verir ki, yanvar-iyun dövründə təşkilatın faiz gəlirləri 17 milyon 307 min manat, faiz xərcləri isə 10 milyon 460 min manat təşkil edib. “FİNCA Azərbaycan”  6 milyon 847 min manat xalis faiz gəliri əldə edib.

Təşkilat qeyri-faiz əməliyyatları üzrə 913 min manat zərər edib. Eyni zamanda qeyri – faiz xərcləri 17 milyon 20 min manat təşkil edib. Üstəlik ehtiyata 11 milyon 989 min manat ayrılması “FİNCA Azərbaycan”ın böyük məbləğdə zərər etməsilə nəticələnib.

Daha çox göstər
Back to top button