Ekonomika
İran qazının Ermənistan ərazisindən Avropaya ixrac olunması müzakirə olundu

Energetika naziri və İran səfiri Ermənistan ərazisindən Avropaya qaz ixrac etmə məsələsini müzakirə ediblər. Bu haqda İranın Ermənistandakı səfirliyinin rəsmi saytı yazır.
Məlumata görə, dekabrın 14-də ER-da İİR səfiri Seyed Kazem Sacadi ER Energetik İnfrastrukrurları və Təbii Sərvətlər naziri Aşot Manukyan ilə görüşüb. Görüş zamanı elektrik ötürücünün üçüncü xəttinin tikilməsi, İran-Ermənistan-Gürcüstan elektrik şəbəkələrin bağlantısı, Ermənistan ərazisindən Avropaya qaz ixrac etməsi və külək elektrik stansiyalarının tikintisi üçün iki ölkənin əməkdaşlıq çərçivəsində fikir mübadiləsi aparılıb.