Beynəlxalq
Lerikin 50 kənd iki gündür işıqsız qalıb
Güclü külək üzündən dekabrın 13-dən 14-ə keçən gecə işıqsız qalan Lerik rayonunda 50-yə qədər kənddə, hələ də, elektrik enerjisinin olmadığı bildirilir.
«Report»un xəbərinə görə, dekabrın 14-ü axşamdan etibarən isə ölkənin cənub rayonlarına güclü qar yağır.
Gecə saatlarında 8-10 dərəcə şaxta müşahidə edilib.
Qarın ağırlığına tab gətirməyən dirəklərin aşdığı, naqillərin qırıldığı bildirilir.