
Ermənistanın Prezidenti Serj Sarkisyan dekabrın 14-də ATƏT-in Minsk qrupunun fransalı yeni həmsədri Stefan Viskontini qəbul edib.
ER-nın Prezident administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlümatına görə, dövlət başçısı, Viskontini həmsədr təyin edilməsi münasibətilə təbrik edərək, uğurlu diplomatik fəaliyyət arzulayıb. Serj Sarkisyan umidvar olduğunu bildirib ki, münaqişənin sülh yoluyla və beynəlxalq hüquq normlarına uyğun şəkildə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatlarının və Fransa Respublikasının vasitəçilik səyləri konstruktiv və sərəmli olacaq. Prezident, həmçinin vurğuladı ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bu istiqamətdə çalışmağa hazırdır.
Fransalı həmsədr, Serj Sarkisyana Fransa Prezidenti Fransua Olandın salamlarını yetirərək,onu əmin etdi ki, yeni vəzifəsində bütün çətinliklər və problemlərin həll edilməsinə çalışacaq, çünki bu məsələlər bütün regiyonun sabitliyi, təhlükəsizliyi və inkişafına bağlıdırlar.