Ekonomika
SOCAR-ın reytinqi “Neqativ” təsdiqləndi
“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ kredit reytinqini yenidən “BB” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz isə “neqativ” kimi qiymətləndirilib.
“S&P” reytinq agentliyinin rəsmi veb-saytında verilən xəbərə görə, SOCAR-ın təmin olunmamış prioritet borcları üzrə reytinqi də “BB” səviyyəsinə təsdiqlənib.
Reytinqlə bağlı hesabatı “S&P”-nin Moskva bürosu yayıb.