Dağlıq Qarabağa getdiyi üçün Azərbaycanın “qara siyahısına” cinayət məsuliyyəti də əlavə edilib

Azərbaycan hakimiyyəti yeni səviyyəyə çatıb və xariciləri Dağlıq Qarabağı ziyarət etdiyi üçün cinayət məsuliyyətinə cəlb edəcək.
APA məlumat verir ki, ölkənin Baş Prokurorluğu Aleksandr Lapşinin ekstradisiyası istiqamətində iş aparır. Azərbaycan KİV-lərinin verdiyi məlumatlara görə, A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. Onun təqib olunmasının səbəbi 2011-ci və 2012-ci illərdə Dağlıq Qarabağa etdiyi səfəri və bloqda yazdıkları idi. İnternetdə Aleksandr Lapşinin yazdıklarından aydın olurdu ki, bu hekayə bir neçə il əvvəl başladı.
A.Lapşinin yazdığında deyilir: “Mənim üçün qara siyahı “bu ağrılı yol” 2 ay əvvəl baş vermiş əyləncəli dialoqla başladı. Anonim bir şəxs mənə yazıb ki, əgər ermənilər tərəfindən “işğal olunmuş” Qağlıq Qarabağ haqda yazdıklarımı dərhal silməzsəm, məni Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edəcək. Mən də cavab verdim ki, heçbir şeyi silməm və məhkəmə qərarı və dəlilləri olmadan onların bütün bu siyahıları absurdurlar. O da yazıb ki, heçbir şeyi sübüt etməyə hazırlanmır və məni dərhal sihayıya daxil edəcək. Mən də bu oyunu oynamağa hazır olduğumu yazdım və Azərbaycan KGB-ni test etdirəm. O, onları kiçik hesab etdiyimi yazıb, mən də yazdım ki, heç də yox, 1992-1994-cü illərdə işçi qüvvələrin və avadanlıqların böyük üstünlüyünə baxmayaraq “uğurlarınızı” böyük görürəm. Erməniləri Rusiyanın dəstəkləndiyini yazıb. Mən də yazdım ki, münaqişə məsələsində ermənilərlə tamamilə neytralam və bu məsələyə faktlarla baxıram, çünki üstünlüyünüza rağmən məğlub oldunuz. Bu demək olar ki, özünüzə hörmət etmirsiniz, lakin əcnəbilərdən hörmət tələb edirsiniz. Bu halda kim kimi kiçik hesab edir? Müzakirə belə sona çatdı, və mən qara siyahıya daxil edildim”.
Bütün bunlara görə, Aleksandr Lapşin Azərbaycan xüsusi xidmətlərinin intelektini həqiqətən böyütdü, çünki onlar qeyri-qanuni hərəkətlərə və təhdidlərə keçdilər. Belarus hakimiyyəti qərarla bağlı hələ heçbir şey açıqlamadı.