Siyasət

EEAS viza rejimin liberallaşdırılması prosesilə bağlı Ermənistanla müzakirələr aparmağa hazırdır

“Ermənistanın Avropalı dostları” təşkilatının  təşəbbüsüylə Brüsseldə Aİ- Ermənistan arasında yeni çərçivə müqaviləsi barədə bir illik müzakirələrin nəticələrinin yekunlaşdırılması üçün müşavirə keçirildi.

“Ermənistanın Avropalı dostları” təşkilatının məlumatına görə, Şərq Əməkdaşlığı Ölkələri şöbəsnin rəhbəri Dirk Şubel müzakirə prosesinin siyasi aspektlerini təqdim etdi.

Viza rejimin liberallaşdırılması barədə suala cavab olaraq Şubel vurğuladı ki, EEAS Ermənistan ilə viza rejiminin  liberallaşdırılması prosesi çərçivəsində müzakirələr keçirməyə hazırdır: “Şura bunun üçün mandat verməlidir, amma bəzi Aİ üzv ölkələri bu mərhələdə Ermənistan ilə bilavasitə şəkildə bağlı olmayan səbəblərdən dolayı buna hazır deyil. ”

Müzakirədə ER-nın iqtisadi inkişaf və investisiya nazirinin birinci müavini Qaregin Melkonyan müzakirələrin müddətinə toxunaraq qeyd edib:” Biz ən çox müddət yox  məzmun ilə maraqlanırıq. Biz  yaxşı nəticələrə nail olaraq  Ermənistanın öz sabit siyasi, iqtisadi və idarə sistemi ilə həm Aİ, AİB həm də İranın investisiyaları üçün müvafiq şəraitlər təmin edə biləcəyinin göstərilməsinə böyük əhəmiyyət veririk”.

 

Daha çox göstər
Back to top button