Siyasət

ER-Aİ əməkdaşlıq komitəsinin 17-ci oturumunda tərəflər arasında imzalanacaq müqavilə müzakirə edilib

Brüsseldə  ER-Aİ əməkdaşlıq komitəsinin 17-ci oturumu baş tutub. ER-nın İqtisadi İnkişafı və İnvestisiya Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlümatına görə, iclasda tərəflər ER-Aİ arasında imzalanacaq müqavilə, ER-Aİ ticari-iqtisadi  münasibətlərinin inkişafı ilə bağlı məsələlərə toxunublar.

Gündəmdə ,həmçinin ədliyə, azadlıq, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində əməkdaşlıq, çox tərəfli əməkdaşlıq formatı, həmçinin Dağlıq Qarabağ münaqişəsi və Ermənistan- Türkiyə münasibətləri barədə məsələlər mövcuddur.

İclasda həmçinin yeni Avropa qonşuluq siyasəti və Şərq Əməkdaşlığı məzmunda ER-Aİ münasibətlərinin inkişafı ilə əlaqədər məsələlər müzakirə edilib.

 

 

Daha çox göstər
Back to top button