Ekonomika
ER Baş naziri və Çin “GSAFETY” şirkətinin nümayəndə heyəti ikitərəfli əməkdaşlığın prespektivlərini müzakirə ediblər

ER Baş naziri Karen Karapetyan Çin “Tsinxua” Universitetinin yanında ictimai təhlükəsizliyin tədqiqat institutunun və “GSAFETY” şirkətinin idarə heyətinin üzvünü Syue Haylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu haqda ER Hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Görüşdə nəqliyyat sənayesində təhlükəsizlik sistemlərinin tədbiqi barədə əməkdaşlıq prespektivləri müzakirə olunub. Tərəflər “Ağıllı Şəhər” layihəsinin hazırlanmasına və Ermənistan şəhərlərindən birində tədbiq imkanlarına toxunublar.
Baş nazir Çin tərəfinin ölkəmizə investisiya proqramlarını cəlb etmə hazırlığını alqışlayaraq qeyd etdi ki, “GSAFETY” üçün Ermənistan Avrasiya İqtisadi İttifaqı bazarına çıxmağa yaxşı platform olacaq.