Prezidentimiz Tigran Sarkisyanla AİB-ə Ermənistanın daxil olmasının ölkəmizin iqtisadiyyatına təsiri müzakirə ediblər

Prezident Serj Sarkisyan bu gün Avrasiya İqtisadi Komissiyasının (AİB) İdarə Heyətinin sədri Tigran Sarkisyanı qəbul edib. Görüş zamanı Dövlət başçısı və AİB İdarə Heyətinin sədri qlobal iqtisadi çətin vəziyyətdə AİB inkişafının cari istiqamətlərini, AİB-ə Ermənistanın daxil olmasının ölkəmizin iqtisadiyyatına təsiri, üzv ölkələr arasında əməkdaşlığın cari səviyyəsini və inkişaf prespektivlərini, Bierliyin Ali Şurasına dair məsələləri müzakirə ediblər. Bu haqda ER Prezident aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Dövlət başçısı dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya Birliyinin Ali İqtisadi Şurasının iclas gündəminə cəlb edilmiş konseptual sənədlərə və qərarlara, o cümlədən Avrasiya Birliyinin Gömrük Məcəlləsinə əhəmiyyət verib. Prezidentin fikrincə bu məcəllənin qəbul olunması ilə gömrük idarəsindəki yaxşı təcrübə Birliyin gömrük praktikasına gətiriləcək və beləliklə iş adamları və əhali üçün gümrük orqanları ilə iş aparılması sadələşdirməyə imkan verəcək.
Serj Sarkisyan üçüncü ölkələrlə ticarət və iqtisadi əlaqələrin gücləndirməsi üçün aparılmış işləri vurğulayaraq deyib ki,erməni tərəf bu istiqamətdə ayrı ölkələrlə münasibətlərinin öz təcrübəsini və potensialını qulanır. “Biz azad ticarət sahəsi ilə bağlı razılaşmanın imzalanmasına nail olmaq üçün Avrasiya Komissyası və əməkdaşımız İran arasındakı danışıqlar prosesini aktiv şəkildə dəstələnirik”,-deyə Dövlət başçısı qeyd edib.