Gürcüstan tur operatorları Ermənistanla maraqlanırlar
Yerevanda “Ermənistan-Gürcüstan birgə turizmin məhsulu yaratma imkanları” adlı müzakirə baş tutub. “Armenpress”-in xəbər verir ki, turizm İnkişaf şöbəsinin müdiri Mexak Apresyanın verdiyi məlumata görə, müzakirənin məqsədi iki dövlətdə turizm inkişafının təşviqi idi.
“Biz Gürcüstan və Ermənistan arasında tur səfərlərini aktivləşdirmək, turistlərin sayısını artdırmak və birgə regional turizm məhsulunun formalaşdırılması üçün birlikdə iş aprmak niyyətindəyik”,-deyə Apresyan vurğuladı.
Apresyanın sözlərinə görə, İranla da razılaşmalar var və Ermənistan-İran qarşılıqlı səfərlər olacaqlar.
Gürcüstanın “Lilitur” səyahət şirkətinin nümayəndəsi Margarita Turçinova qeyd etdi ki, Ermənistana yerli turoperatorlarla əməkdaşlıq axtarmağa gəlib. “Ermənistana qarşı yalnız gürcü turistlər deyil, avropalı və rusiyalı turistlər çərçivəsində də böyük maraq var. Burada təxminən bir həftə qaldım və olduqça maraqlı görməli yerlərə getdim. Düşünürəm ki, Ermənistanın turizmin inkişaf məsələsində böyük potensiyalı vardır”,-deyə Turçinova qeyd etdi.