Təhlil

ER- Aİ arasında yeni razılaşma üzrə müzakirə prosesi 2017-ci ildə son mərhələyə girəcək

Brüsseldə Aİ Şərq Tərəfdaşlığının baş rəsmilərinin illik görüşündə  altı tərəfdaş ölkələrin və Aİ-nın bütün üzv ölkələrinin nümayəndələri iştirak ediblər.

ER XİN-nin İnformasiya və İctimaiyyət ilə Əlaqələr şöbəsinin məlümatına görə,  bu hər illik müzakirədə Ermənistan nümayəndə heyətini ER xarici işlər nazirinin müavini Karen Nazaryan başçılıq edirdi.

Görüşün məqsədi  Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın müzakirə edilməsi və  2017-ci ildə baş tutucaq zirvədən əvvəl iştirakçı dövlətlərin mükun  gözləntilərin və yanaşmaların müzakirə edilməsidi.

Xarici işlər nazirinin müavini çıxışında Yerevanda noyabrda  keşirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin qeyri-rəsmi dialoqunun nəticələrinə toxunub, həmçinin ER-Aİ arasında yeni çərçivə sazişi üzrə müzakirə prosesi haqqında danışaraq, qeyd edib ki, 2017-ci ildə proses son mərhələyə girəcək.

Karen Nzarayan həmçinin Aİ ilə davam edilən sahə dialoquna toxunaraq, qeyd edib ki, bu Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üçün çox əhəmiyyətlidir.

O son zamanlarda Aİ Şurası tərəfindən Ermənistan ilə ümumi aviasiya zonası barədə müzakirələrin başlanması üzrə Avropa komissiyasının mandatının təstiq edən qərarı üçün Aİ-na üzv ölkələrinə təşəkkür edərək əlavə edib ki, dənizə çıxış olmayan və mühasirədə olan ölkə üçün xüsusilə biznes və ticari- iqtisadi təşviq əlaqələrinin edilməsi və genişləndirilməsi məzmunda sazişə böyük əhəmiyyət verilir.

Aİ ilə viza rejiminin liberallaşdırılması və geri qəbul edilməsi üzrə razılaşmalara toxunaraq Karen Nazaryan Avropa komissiyasının  keçən aydakı bəyanatı alqışladı. Bu razılaşma ilə Ermənistan ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması barədə qərar yenidən təsdiq edildi.

Çıxışda nazir müavini Nazaryan, həmçinin Aİ ilə hazırda müzakirə edilən başqa məsələlərə toxunub.

Hüksək vəzifəlilərin görüşündən sonra Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Xarici İşlər Avropa xidmətinin baş katibinin müavini Pedro Serano ilə işgüzar görüşü təşkil edilib.

 

Daha çox göstər
Back to top button