Ekonomika

Ermənistan tranzit yol ola bilər

2016-cı ildə Avropadan Ermənistan ərazisindən İrana multimodal nəqliyyat planı başladıldı və kifayət qədər uğurlu olub. Bu haqda ER Nəqliyyat, Rabitə və İnformasiya texnologiyaları naziri Vahan Martirosyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, noyabr ayında eksperiment üçün 2 konteyner Avropadan Potiyə, oradan dəmir yolu ilə Ermənistanın Yerasx stansiyasına, sonra da İrana getdilər. “Konteynerlər Gürcüstan və Ermənistan ərazilərini 38 saatda keçiblər. Nəticə müsbətdir və müntəzəm olarsa beynəlxalq daşımaların həcmi artacaq”,-deyə nazir bildirib.

Vahan Martirosyan ümid edir ki, yaxında İrandan Avropaya da belə daşınmalar təşkil ediləcək və əgər uğurlu olarsa, Ermənistan tranzit yol olacaq.

Daha çox göstər
Back to top button