Təhlil

Keçən həftə rəqib tərəfindən atəşkəs rejiminin pozulmasının infoqrafikası

 

DQR Müdafiə Ordusunun operativ məlumatlarına görə, dekabrın 12-dən 18-i müddətində Qarabağ-Azərbaycan qarşıdurma qoşunlarının təmas xəttində rəqib intensiv şəkildə atəşkəs rejimini pozmaqda davam edib.

DQR Müdafi Nazirliyinin mətbuat xidmətinin həftə ərzində verdiyi məlumatlara görə, rəqib müxtəlif çaplı atıcı silahlardan atəşkəs rejimini 315 dəfə  pozaraq mövqelərimizə 5400 güllə atıb.

Avtomatlardan və pulemyotlardan əlavə, həftə ərzində rəqib, həmçinin tank əleyhinə əl qumbaraatanı, AQS-17 qumbaraatanlarından,  “SVD” və “İstiqlal” tipli snayper tüfənglərindən, 60 və 82 millimetrlik minaatanlardan istifadə edib.

Xüsusilə rəqib “SVD” və “İstiqlal” tipli snayper tüfənglərindən mövqelərmizə 149 dəfə güllə atıb.  60 millimetrlik  minaatandan 5 mərmi, 82 millimetrlik minaatandan isə 15 mərmi atılıb.

Həftə ərzində rəqib həmçinin uydurma məlumat yayıb ki guya, iki  erməni pilotsuz uçuş aparatı vurulub. Azərbaycan təbliğatı tərəfindən yayılmış bu məlumatını  ER MN-nin mətbuat xidməti həqiqətə uyğun olmayan adi informasiya kimi qiymətləndirdi.

Daha çox göstər
Back to top button