KTMT rəhbərləri Peterburqda terrorla mübarizə məsələləri müzakirə edəcəklər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək iclas çərçivəsində terrorizm və ekstremizmlə mübarizə məsələləri müzakirə edəcəklər. Bu haqda dekabrın 15-də Kremlin mətbuat xidməti yazıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin dekabrın 26-da Peterburqda Avrasiya Ali İqtisadi Şurasında və KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
“KTMT iclası çərçivəsində Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan liderləri təşkilat çərçivəsində əməkdaşlığın aktual sahələrini müzakirə edəcəklər. Qlobal və regional ticarət gündəliyinin əsas məsələləri, o cümlədən terror və ekstremizm təhdidləri ilə mübarizə məsələləri, qanunsuz narkotik və silah dövriyyəsinə qarşı mübarizə mövzusu barədə fikir mübadiləsi aparılacaq”.