Siyasət

Rahim Pur İran və Avrasiya İqtisadi İttifaqı arasında əlaqələrin qurunmasında Ermənistanın rolunu yüksək qiymətləndirib

Yerevanda Ermənistan Respublikası və İran İslam Respublikasının xarici işlər nazir müavinləri görüşüblər. İran xarici işlər nazirinin Asiya, Okeaniya və MDB ölkələri üzrə müavini Ebrahim Rahim Pur Ermənisatna səfərə gəlib.

İranın “İMNA” informasiya agentliyinin bildirdiyinə görə, görüş ərazisində ER və İİR-nın xarici işlər nazir  müavinləri Ebrahim Rahim Pur və Şavarş Koçaryan iki ölkə arasındakı dostluq münasibətlərin genişləndirməsinə əhəmiyyət verərək, siyasi, iqtisadi sahələrdə, eləcə də regional məsələlərdə  ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.

Ebrahim Pur gələcəkdə olan əhəmiyyətli səfərlərə toxunaraq, ümid etdi ki, bu səfərlər iki ölkə arasında münasibətlərin möhkəmləndiriləsinə və genişləndirilməsinə yönələcək.

İran İslam Respublikasının xarici işlər nazir müavini İran və Avrasiya İqtisadi İttifaqı arasında əlaqələrin qurunmasında Ermənistanın rolunu yüksək qiymətləndirib.

Ermənistan Respublikasının xarici işlər müavini öz növbəsində, Ermənistanda İran təşkilatlarının iştirakı ilə həyata keçirilən layihə üçün təşəkkür etdi.

“İMNA” informasiya agentliyinin bildirdiyinə görə, İran və Ermənistan xarici işlər nazir müavinləri qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tək yolu tərəflər arasında danışıqlar və siyasi dialoqlardır

Daha çox göstər
Back to top button