Siyasət

Sankt-Peterburqda dekabrın 26-da AİB-in zirvəsi keçiriləcək

Sankt-Peterburqda dekabrın 26-da AİB-in zitrvəsi keçiriləcək. Bu haqda Kremlin rəsmi saytı məlumat verib.

AİB zirvəsində Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Prezidentləri birliyin iki ildə edilmiş işlər nəticələrini yekunlaşdıracaqlar və bu inteqrasiya birliyinin daha da inkişaf etdirmə yollarını qeyd edəcəklər. “Zirvənin əsas məsələsi Gömrük Məcəlləsi haqqında Sazişin imzalanması olacaq. Bundan başqa, digər mühüm çoxtərəfli sənədlər, o cümlədən ticarət və xidmətlərin Avrasiya birgə bazarının formallaşma razılaşmaları təsdiq ediləcək.

Dövlət başçıları 2017-ci ildə AİB-in beynəlxalq fəaliyyətinin əsas istiqamətlərini təsdiq edəcəklər və əməkdaşlığın aspektlərini nəzərdən keçirəcəklər.

Daha çox göstər
Back to top button