Təhlil
Türkiyədə jurnalistlər qorxu içində yaşayırlar

“Sərhədsiz jurnalistlər” (Reporters Without Borders. RWB) təşkilatının Almaniyadakı direktoru Kristin Mihr DPA agentliyinə müsahibədə deyib ki, türkiyədə jurnalistlər qorxu içində yaşayırlar.
Bu haqda Almaniyanın Deutsche Welle qəzeti məlumat verib.
Mihr qeyd etdi ki, ölkədəki vəziyyət getdikçə daha pisləşir və müsbət bir inkişafın imkanları çox kiçikdirlər. O vurğuladı ki, Türkiyədə jurnalistlər kimsə ilə görüşmədən əvvəl uzun düşünür, ya da taksi sürücüsünə belə getdiyi yeri tam demirlər, yolda taksini saxlayıb gedəcəyi yerə qədər yürüyürlər.