BQXK nümayəndələri Artsaxda saxlanılan azərbaycanlı diversantlara baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları dekabrın 13-də Artsax Respublikasında saxlanılan azərbaycanlı diversantlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ziyarət ediblər.
“Artsakhpress”-in müxbiri ilə söhbətdə BQXK Dağlıq Qarabağ misyasının informasiya şöbəsinin əməkdaşı Eteri Musayelyan deyib ki, BQXK-nın nümayəndələri saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.
E.Musayelyanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımcı olsun.
Xatırladaq ki, Dağlıq Qarabağ Respublikası birinci istansiya məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.