Təhlil

Müharibə cinayətlərinin səbəbi Azərbaycanın anti-erməni siyasətidir: Rafi-Filip Kalfayan

Azərbaycan tərəfindən törətdiyi müharibə cinayətlərinin səbəbi Azərbaycanın anti-erməni siyasətidir. Bu haqda “Armenpress”-a müsahibədə beynəlxalq hüquq mütəxəssisi, Paris Universitetinin tədqiqatçı və hüquq məsləhətçisi Rafi-Filip Kalfayan qeyd etdi.

Onun fikrincə, bu məsələ dövlətlərarası məhkəmə prosesləri inkişaf etdirmək üçün müzakirə oluna bilir. Bu məhkəmə prosesi Dağlıq Qarabağın müstəqilliyini tanımasında əhəmiyyətli rol oynaya bilər.

2001-2007-ci illərdə İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyasının baş katibinin sözlərinə görə, Avropa və ABŞ-da Erməni Soyqırımının inkarı Türkiyə tərəfindən deyil, artıq Azərbaycan tərəfindən maliyyələşdirilir. “Azərbaycan da Erməni Soyqırımının inkarı ilə məşğul olur. Bu, o dəmək ki, inkarlıq Azərbaycanın siyasətidir. Bu siyasətin məqsədi də ermənilərə qarşı nifrət yaymasıdır. Qeyd edə bilirik ki, bu, Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Günlər öncə Dağlıq Qarabağın ombudsmanı aprel müharibəsində Azərbaycan tərəfindən törədilmiş  müharibə cinayətləri haqqında hesabat yayıb. Ermənilərə qarşı törədilən vəhşiliklər və barbarlıqlar nifrət siyasətinin sübutudur”- deyə beynəlxalq hüquq mütəxəssisi qeyd etdi.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button