Suren Karayan işgüzar səfəri ilə Birləşmiş Ərəb Əmirliklərinə getdi

ER İqtisadi İnkişaf və İnvestisiya naziri Suren Karayanın başçılıq etdiyi nümayəndə heyəti işgüzar səfəri ilə Birləşmiş Ərəb Əmirliklərinə getdi. Bu haqda ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Naziri BƏƏ İqtisadiyyat naziri Sultan Bn Said Al Mansuri qarşıladı. İki ölkə nazirləri işgüzar səfərinin gündəliyini müzakirə ediblər. Nazir Suren Karayan Əbu-Dabi İnkişaf Fondunun direktoru, Əbu-Dabi İnvestisiya Agentliyinin direktoru və Əbu-Dabi Ticarət və Sənaye Palatasının direktoru ilə görüşəcək.
Bu görüşlər çərçivəsində nazir ER investisiya proqramlarını, iqtisadiyyat sahələrindəki investisiya potensialını və Ermənistan biznes mühitinin üstünlüklərini təqdim edəcək.
İki ölkənin iqtisadi əlaqələri, birgə investisiya fondunun formallaşma prespektivləri və 2017-ci ildə Əbu-Dabidə keçiriləcək investisiya konfransının təşkil etmə məsələləri də müzakirə ediləcək.